BDU-da Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş “Zamanın sınağında” adlı elmi seminar keçirilib

24/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunmuş “Zamanın sınağında” adlı elmi seminar keçirilib. Elmi seminarda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbir Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən videoçarxla başlayıb.
Seminarı giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova “Hüseyn Cavid yaradıcılığında folklor” adlı məruzə ilə çıxış edib. Ədibin öz yaradıcılığında folklor örnəklərindən geniş miqyasda bəhrələndiyini vurğulayan  məruzəçi bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyev, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Hüseyn Cavid irsinə daim yüksək diqqət və qayğı göstəriblər.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı “Hüseyn Cavid şəxsiyyəti və sözü zamanın sınağında” adlı məruzəsində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yaxından bələd olan, xalq yaradıcılığı örnəklərinin daşıdığı funksiyanı dərindən bilən və onların gələcək nəsillərə ötürülməsinin vacib məsələ olduğunu hesab edən sənətkar haqqında daha geniş məlumat verib: “Cavid irsinə və şəxsiyyətinə münasibət istər sağlığında, istər sonrakı dövrlərdə birmənalı, birxətli olmayıb. XX əsrin əvvəllərində – Cavidin sənətkar kimi özünü təsdiq etdiyi ilk zamanlarda ədəbi tənqid ona uzun müddət diqqət yetirməyib, pyesləri tamaşaya qoyulmayıb. Lakin şeirlərini və dram əsərlərini o dövrdə nəşr etdirdiyindən tanınıb, qəbul edilib. Cavid dramaturgiya və teatra şeiriyyət, poetiklik gətirmiş, əruzu çağdaş dramaturgiyaya doğmalaşdırmış bir sənətkardır. Cavid dramaturgiyamıza yeni mövzular, tragik xarakterlər, kolliziyalar gətirib”.  Etibar Talıblı ədibin yaradıcılığı ilə bağlı maraqlı məqamlara toxunub, bir çox əsərlərini təhlil edib.
Tədbirdə Filologiya fakültəsinin tələbələri Ülviyyə Orucova və Mehrəngiz Qurbanova Cavid irsindən şeirlər səsləndiriblər.
Sonra məruzəçilərə suallar ünvanlanıb. Elmi seminar müzakirələrlə yekunlaşıb.

 

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024