BDU-da humanist pedaqogikaya dair III elmi-pedaqoji seminar

04/03/2022

Bakı Dövlət Universitetində (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının və Tələbə Elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə “Müəllim, məni öz içimdə alicənab və nəcib insan yaratmağa ruhlandır” adlı III elmi-pedaqoji seminar keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra humanist pedaqogika himni səslənib.

Coğrafiya fakültəsinin tələbəsi Nuray Babaşlı “Əsl müəllim gələcəyin memarı və qurucusudur”, Filologiya fakültəsinin tələbələri – Məleykə Mirzəli “Ürəksiz nə anlaya bilərik?”, Bəsti Səttarova “Müəllim rəqabəti deyil, komanda olmağı öyrətməlidir”, Aytən Məhərrəmova “Bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, sabah millətimiz də elə olacaq”, Sunay Qasımzadə “Tədrisin məqsədi harmonik mütəxəssis deyil, harmonik şəxsiyyət yetişdirməkdir”, Biologiya fakültəsinin tələbələri – Elnur İmamalıyev “Əsl müəllim öz üzərində çalışaraq elm və insanlıq oduna qığılcım olmalıdır”, Məltəm Qasımova  “Şagirdlərini ilhamlandıran dahi müəllimdir!”, Fizika fakültəsinin tələbəsi Səbinə Süleymanova “Müəllim, məni öz içimdə alicənab və nəcib insan yaratmağa ruhlandır” mövzularında məruzələr ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor, humanist pedaqogika cəngavəri Cəfər Cəfərov gələcəyin müəllimlərinin üzərinə çox böyük məsuliyyət düşdüyünü qeyd edib. Cəfər Cəfərov vurğulayıb ki, Azərbaycan müəllimləri şagirdləri ilk növbədə şəxsiyyət kimi yetişdirməli, onlara humanizm  prinsipləri aşılamalıdırlar.

Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru, Elxan Bəylərov, Humanist Pedaqogika üzrə Təhsil Müəssisələrinin Beynəlxalq Assosiasiyasının prezidenti, Əməkdar müəllim Asif Cahangirov, 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva humanist pedaqogikanın prinsipləri barədə danışıb, sinifdaxili idarəetmə, şagirdlərin yaş psixologiyası, komandada fəaliyyət, tənqidi təfəkkürün inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda tələbələr müəllim andı içiblər. Məruzə müəlliflərinə Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tərəfindən sertifikatlar təqdim olunub.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026