BDU-da işğaldan azad edilmiş ərazilərin faydalı qazıntılarının tədqiqinə həsr olunmuş elmi konfrans keçirilib

24/05/2021

Bakı Dövlət Universitetində (BDU) işğaldan azad edilmiş ərazilərimizin ekoloji problemlərin öyrənilməsi, faydalı qazıntı yataqlarının, qiymətli metal mədənlərinin ermənilər tərəfindən talanması və bu kimi aktual mövzularda akademik layihələr uğurla davam edir.

BDU-nun Geologiya fakültəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin faydalı qazıntılarının tədqiqinə həsr olunmuş “Geologiya: problemlər, perspektivlər” mövzusunda onlayn Respublika elmi konfransı keçirilib.

Moderator, Geologiya fakültəsinin dekanı dosent Məhluqə Məmmədova işğaldan azad edilmiş ərazilərin çox böyük su təchizatı və  sənaye-rekreasiya imkanlarına, həmçinin faydalı qazıntı - təbii xammal potensialına malik olduğunu, Qarabağın işğaldan azad olunmasının Azərbaycanın iqtisadiyyatının inkişafına öz töhvəsini verəcəyini vurğulayıb. O, konfransa respublikamızın 11 elm və təhsil müəssisəsindən və istehsalat təşkilatlarından  təqdim olunan 84 məqalə və tezisin təşkilat komitəsi tərəfindən müsbət qiymətləndirildiyini deyib.

Konfransda çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov elmin təhsilə inteqrasiyasında belə konfransların keçirilməsinin əhəmiyyətini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.

Plenar iclasda Faydalı qazıntılar kafedrasının dosenti Mamoy Mansurov “Şəmkir horst-qalxımının mərkəzi hissəsində ASTER peyk məlumatlarından istifadə etməklə hidrotermal-metasomatik  dəyişilmə və minerallaşma zonalarının müəyyənləşdirilməsi”, BDU-nun Seysmologiya və yer təkinin fizikası kafedrasının müəllimi Elnarə Əhmədova “Abşeron-Qobustan struktur zonasının GPS sürət sahəsi və təhlili”, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova “Samur-Şabran zonasının suvarılan torpaqlarının hidrogeoloji-meliorativ  şəraitinin formalaşması amillərinin xarakteristikası” mövzularında çıxış ediblər.

Professorlar Nazim İmamverdiyev, Bahadır Qələndərov, dosentlər Əli Novruzov, Nurəddin Abbasov  belə konfransların keçirilməsinin tələbə və magistrantların geoloji tədqiqatlarda tətbiq olunan müasir metodologiyalarla tanış olması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Konfrans öz işini beş bölmə iclasında davam etdirib.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024