BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib

04/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İcbari Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən tələbələr üçün infosessiya keçirilib.

Görüşdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Agenliyin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması və zəruri tibbi xidmətlərin göstərilməsi işini təkmilləşdirmək məqsədilə 2021-ci ildən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir vətəndaş sistemdən yararlanmaqla keyfiyyətli tibbi xidmətdən istifadə edə bilər. Bu baxımdan müvafiq hədəf qrupları, o cümlədən tələbələrlə maarifləndirmə işlərinin aparılması olduqca əhəmiyyətlidir.

Daha sonra İcbari Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Baxşəliyeva,  əməkdaşı Fuad Bayramov tərəfindən icbari tibbi sığortaya müraciət və istifadə qaydaları, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xidmətlər haqqında təqdimatlar edilib.

Tələbələr tibbi sığortadan istifadəyə dair suallarını ünvanlayıb və xidmət keyfiyyətinin artırılması ilə bağlı onlayn sorğuda iştirak ediblər.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026