BDU-da ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı başlayıb

04/10/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU)  ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı başlayıb. Beynəlxalq tədbir mövcud əməkdaşlıq çərçivəsində ICESCO-nun təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaxından iştirakı ilə keçirilir.

Seminara ICESCO-nun Elm və texnologiyalar sektorunun rəhbəri Rahil Qamar və BDU-nun rektoru Elçin Babayev sədrlik edir.

Seminarın ilk günü tədbirin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq tədbirin açılış mərasimində BDU-nun rektoru Elçin Babayev çıxış edərək Azərbaycanın ICESCO ilə yaxından əməkdaşlıq edən və bu əlaqələrə böyük önəm verən əsas üzv dövlətlərdən biri olduğunu qeyd edib. Bildirib ki, bu nüfuzlu beynəlxalq təşkilatın əlaqələrindən yararlanaraq digər üzv ölkələrlə təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar var. Bu əməkdaşlıq əlaqələri BDU-nun da elm və təhsil sahəsindəki uğurlarının artmasına yeni yol aça bilər.

Azərbaycanla ICESCO arasındakı əlaqələrin davamlı inkişafında dövlətimizin başçısı cənab İlham Əliyevin müstəsna xidmətləti var. Təsadüfi deyil ki, 2015-ci ildə ICESCO-nun Baş Konfransının XII sessiyası Bakı şəhərində keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sessiyada əhatəli və məzmunlu çıxış etmişdir. 2009-cu ildə təşkilat tərəfindən Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ölkə başçısının müəyyənləşdiridiyi siyasətə uyğun olaraq qarşılıqlı əlaqələrin dinamik inkişafından xəbər verir. Eyni zamanda onu da xüsusi vurğulamaq lazımdır ki, ICESCO daim Azərbaycanın ədalətli mövqeyini müdafiə etmiş, həm münaqişə dövründə, həm 44 günlük Vətən Müharibəsi günlərində, eləcə də tarixi zəfərimizdən sonra ölkəmizə ən yüksək səviyyədə dəstəyini ifadə etmişdir.

Rektor ICESCO ilə əlaqələrin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında və canlanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətlərindən danışan rektor Elçin Babayev, onun sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyəti, qayğıya ehtiyacı olan uşaqlara diqqəti, onların yaşayış şəraitinin yaxşılaşdırılması, təhsil və elm sahələrində, həmçinin İslam Dünyasında görülən işlərə böyük dəstəyi barədə qonaqlara məlumat verib.

Sonra BDU-nun əməkdaşı Lalə Hüseynzadənin hazırladığı "Şuşa bizi gözləyir!" adlı qum kompozisiyası və Heydər Əliyev Fondunun Azərbaycanın milli sərvətlərinə, qədim mədəniyyətinə, tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.
ICESCO-nun baş direktoru Salim Al Malik videotəbriki təqdim edilib. ICESCO-nun fəaliyyətini əks etdirən videçarx göstərilib.

Daha sonra tədbirdə Azərbaycan Respublikasının ICESCO üzrə Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdiri Nicat Məmmədli, ICESCO-nun nümayəndəsi, elmi tədbirlər üzrə ekspert Foued Elayni, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Orta Şərq Texnik Üniversitetinin professoru Ahmet Oral, Pakistanın Elm və Texnologiya üzrə Milli Universitetinin mühəndisi Mohsin Tivana çıxış ediblər.

Pakistan Virtual Universitetinin rektoru, professor Arshad Saleem Bhattinin açılış mərasiminə təbrik məktubu səsləndirilib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Qeyd edək ki, 4-7 oktyabr tarixlərində keçiriləcək seminarın məqsədi cihazqayırmaya və tərsinə mühəndisliyə dair əsas ideyaları təqdim etmək, habelə müxtəlif növ sensorların istifadəsi, verilənlərin əldə edilməsi və emal edilməsi haqqında iştirakçıları məlumatlandırmaqdır. Seminar iştirakçları cihazların işlənməsinin əsas komponentləri ilə tanış olub, eyni zamanda sensorlardan gələn siqnalları əldə etmək və mikronəzarətçilər vasitəsilə idarə etməyi öyrənəcəklər. Təlimlərin sonunda iştirakçılar özləri temperatur tənzimləyiciləri, elektrik ölçmə sistemləri və s. sadə cihazıları işlətməyi təcrübə edəcəklər.

Seminarın ilk hissəsində mühazirə, ikinci hissəsində isə praktik təlimlər keçiriləcəkdir. Təlimlərdə BDU tələbələri ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələri də iştirak edir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024