BDU-da icmal məqalələrin yazılmasına həsr olunmuş elmi seminar keçirilib

02/11/2026

Bakı Dövlət Universitetində (BDU) “İcmal məqalələrin yazılması və doktorantlar üçün əhəmiyyəti” mövzusunda elmi seminar keçirilib.

Seminarda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Mustafa Muradov məruzə ilə çıxış edib.

Məruzə zamanı icmal məqalələrin mahiyyəti, elmi tədqiqatlardakı rolu, orijinal tədqiqat məqalələrindən fərqli xüsusiyyətləri və hazırlanma mərhələləri haqqında məlumat verilib. Mövzunun düzgün seçilməsi, elmi ədəbiyyatın sistemli təhlili, etibarlı mənbələrin müəyyənləşdirilməsi, məlumatların müqayisəsi və ümumiləşdirilməsi məsələlərinə diqqət yetirilib.

Seminarda icmal məqalələrin doktorantların dissertasiya mövzuları üzrə elmi ədəbiyyat bazasının formalaşdırılmasında, tədqiqat probleminin əsaslandırılmasında və elmi yeniliyin müəyyən edilməsində əhəmiyyəti vurğulanıb. Beynəlxalq elmi məlumat bazalarından istifadə, istinad qaydalarına riayət olunması və akademik dürüstlük prinsiplərinin qorunması məsələləri də diqqətə çatdırılıb.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026