BDU-da “IEEE Xplore beynəlxalq verilənlər bazasının elm və tədris mənbələri: inkişaf üçün yeni imkanlar və axtarışlar” mövzusunda təlim keçirilib

04/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası və Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə BDU-da “IEEE Xplore beynəlxalq verilənlər bazasının elm və tədris mənbələri: inkişaf üçün yeni imkanlar və axtarışlar” mövzusunda onlayn təlim keçirilib.

BDU-nun və “Mikro məlumatların idarə edilməsi və paylanması” (“Micro Information Handling and Distribution FZE”) şirkətinin əməkdaşları və tədqiqatçılarının da iştirak etdiyi təlimdə IEEE müasir texnologiyaların inkişaf etdirilməsi üzrə dünyanın ən böyük təşkilatı haqqında təqdimat nümayiş olunub.

Daha sonra dünyanın ən böyük texniki rəqəmsal kitabxanası olan IEEE Xplore rəqəmsal kitabxanası və bu platformada yerləşdirilən azərbaycanlı müəlliflərin, BDU alimlərinin məqalələri və konfrans materialları təqdim edilib. BDU kollektivi üçün IEEE Xplore rəqəmsal kitabxanasından bir aylıq ödənişsiz sınaq istifadə müddətində həmçinin tədqiqatçılar üçün məqalələrin bu platformada nəşr etdirmək imkanlarından bəhs edən “Müəlliflik: IEEE ilə necə nəşr etməli” adlı növbəti onlayn seminarın da keçiriləcəyi haqqqında məlumat verilib.

Dünyanın 160 ölkəsindən 500.000-dən çox üzvü olan təşkilatın Rəqəmsal kitabxanasına abunə olunduğu təqdirdə, istifadəçilər kitabxananın bütün xidmətlərindən tam istifadə edə biləcək və 5 milyondan çox tammətnli sənəd, 200 IEEE jurnalı, dövri nəşrlər və toplular, 1800-dən çox IEEE konfrans materialları, 4600-dən çox təsdiqlənmiş və nəşr olunmuş IEEE standartlı sənədlərə çıxışları olacaq.

Təqdimat xarakterli təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir
19/06/2025

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb
19/06/2025

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş
18/06/2025