BDU-da işəgötürənlər ilə əlaqələrin gücləndirilməsi istiqamətində görüş keçirilib

23/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları ilə fakültələrin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavinləri arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd tələbə və məzunların karyera inkişafına dəstək göstərilməsi, onların əmək bazarına uğurlu inteqrasiyasının təmin edilməsi və Universitetlə işəgötürənlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin reallaşdırılması olub.

Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova Mərkəzin tələbə-məzun-işəgötürənlərə yönəlmiş fəaliyyət istiqamətləri, xidmətləri, həyata keçirdiyi tədbir və layihələri haqqında təqdimatla çıxış edib. Bildirib ki, fakültələr üzrə tələbələrin karyera ehtiyaclarının təhlili, məzunların əmək bazarında yerləşmə statistikası, məzun-tələbə əlaqələrinin gücləndirilməsi Mərkəzin prioritetlərindəndir. Tələbə və məzunların peşəkar bacarıqlara yiyələnməsi və əmək bazarına daha asan inteqrasiyası vacib məqamlardandır. Bütün bunlara Mərkəz ilə fakültələrin birgə fəaliyyəti, düzgün informasiya mübadiləsi və tələbə-məzunların aktiv fəaliyyəti sayəsində nail olmaq mümkündür.

Görüş zamanı məzunların məlumat bazasının zənginləşdirilməsi, hesabatlılıq mexanizmlərinin qurulması məsələlərinə aydınlıq gətirilib. Dekan müavinləri tədbir və layihələrin icrası, tələbə və məzunların məlumat bazasının dolğunlaşdırılması ilə bağlı tövsiyələrini bildiriblər.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026