BDU-da ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub

15/09/2022

Bakı Dövlət Universitetində (BDU) 2022/2023-cü tədris ilinin ilk dərsləri vətənpərvərlik mövzusuna həsr olunub.

Mühazirələrdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Azərbaycan xalqının  və rəşadətli Ordumuzun “Dəmir yumruq” kimi birləşərək 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin tarixi əhəmiyyəti vurğulanıb. Tələbələrə sentyabrın 12-13-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi təxribatlar barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir. Bu təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımız qəhrəmancasına həlak olub. Onların arasında BDU-nun məzunu Erkin Hüseynov da var.

Dərslərdə gənclərin vətənpərvərlik tərbiyəsinin önəmi vurğulanıb. Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026