BDU-da imtahan sessiyası başlayıb

03/06/2019

Bakı Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. BDU-nun rektoru Elçin Babayevin imzaladığı əmrə uyğun olaraq imtahan sessiyası iyunun 3-dən iyulun 2-dək keçiriləcək.
Rektor Elçin Babayev imtahan sessiyası başlamazdan əvvəl universitetin Böyük akt zalında fakültə dekanları, koordinator və rəhbər-koordinatorlar ilə görüş keçirib. Rektor sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin və şəffaflığın təmin edilməsinin önəmindən, bu məqsədlə Qərargah və Apellyasiya Komissiyasının yaradılmasından bəhs edib.
Əmrə uyğun olaraq, imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etmək və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər vermək məqsədilə Qərargahın sədrinə tapşırıqlar verilib.
İmtahan sessiyasının gedişinə operativ nəzarət etmək üçün rektorluğun nümayəndələri müvafiq fakültələrə təhkim ediliblər.
Bundan əlavə, BDU-nun Qazax filialının direktoruna rektorun müvafiq əmrə uyğun olaraq, yaz semestrinin imtahan sessiyasının mütəşəkkil keçirilməsinin təmin edilməsi tapşırılıb.

Mətbuat və informasiya şöbəsi, 03 iyun 2019-cu il.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026