BDU-da imtahanlar test üsulu ilə keçirilir

02/06/2010

Bakı Dövlət Universitetində müasir tələbata müvafiq olaraq bakalavr pilləsi üzrə keyfiyyətli mütəxəssis hazırlığının təmin edilməsi sahəsində son illərdə uğurlu nəticələr əldə edilib. Boloniya prosesinin tələbləri tələbələrin mənimsəmə səviyyəsinin yüksəldilməsi, biliyin qiymətləndirilməsi sisteminin daha da təkmilləşdirməsini tələb edir. Bu istiqamətdə universitetdə aparılan islahat işlərinin uğurla davam etdirilməsi üçün tələbələrin biliyinin qiymətləndirilməsi mexanizmində dəyişikliklər edilməsi, imtahan formasında yekun attestasiyanın düzgün və obyektiv qiymətləndirilməsi prosesi mütəmadi surətdə rektorluğun iclaslarında təhlil olunub, BDU Elmi Şurasında geniş müzakirə edilərək dövlət və semestr imtahanlarının test üsulu ilə keçirilməsi qərara alınıb.

BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov iyunun 1-də dövlət imtahanı başlamamışdan əvvəl 3 fakültənin - Jurnalistika, Tarix, Tətbiqi riyaziyyat və kibernetika, iyunun 2-də isə Fizika, Kimya və Biologiya fakültələrinin dekanları, tələbələri, tyutorlar və koordinatorların iştirakı ilə görüş keçirib. Görüş zamanı məlum olub ki, metodiki və metodoloji baxımdan düzgün tərtib edilən, fənnin proqramını tam əhatə edən dövlət imtahanı sualları düşündürücü, məntiqli və səviyyəli olması ilə diqqəti cəlb edir. Görüşdən sonra tələbələr müvafiq auditoriyalara yerləşdirilib. Akademik Abel Məhərrəmov dövlət imtahanı üçün nəzərdə tutulmuş auditoriyalarda olub, prosesi izləyib.

Qeyd edək ki, dövlət imtahanları kompyuter vasitəsilə Almaniyanın İMC şirkətinin tədrisin idarə olunması üçün istifadə olunan müasir CLİX proqramlar sistemi əsasında, yeni qurğularla təchiz edilmiş 5 auditoriyada keçirilib: «500-dək yeni kompyuterlə təchiz olunmuş auditoriyalarda tələbələr elektron test üsulu ilə imtahan verib. Əsas fənnlərin hər birindən düzgün cavabların 20 faiz miqdarından minimal bal həddini toplamayan tələbə qeyri-müvəffəq qiymət almış hesab olunub. İmtahan başa çatdıqdan sonra tələbələr dərhal kompyuter vasitəsilə nəticələri ilə tanış olublar. Bir müddət öncə dövlət imtahanlarına düşəcək testlərin sualları tələbələrə təqdim edildiyindən, onlar çox yüksək səviyyədə hazırlaşıblar. Tələbələrlə söhbətimiz zamanı bunun bir daha şahidi olduq. Onlar imtahanların test üsulu ilə keçirilməsini təqdir edərək, biliklərinin şəffaf, obyektiv qiymətləndirildiyini bildirdilər.

Xatırladaq ki, dövlət imtahanları iyunun 5-də yekunlaşacaq, müvəffəq bal toplamayan tələbələr üçün iyunun 20-dən sonra yenidən imtahan keçiriləcəkdir.

 

Mətbuat xidməti

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024