BDU-da “Çin mədəniyyəti günü”

31/10/2024

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən “Çin mədəniyyəti günü” keçirilib.

Tədbir Konfutsi İnstitutunun dünya üzrə fəaliyyətə başlamasının 20 illik yubileyinə həsr olunub.

Tədbirin açılış mərasimində çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan bildirib ki, BDU-da 2004-cü ildən Çin üzrə “Regionşünaslıq” ixtisası açılıb. 2011-ci ildən isə Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. İnstitutda Çin dili, Çin mədəniyyətinin təbliği və öyrənilməsi sahəsində mühüm işlər görülür. “Çin körpüsü” adlı Çin dili üzrə beynəlxalq yarış təşkil olunur. Yarışın qalibi Çində ölkəmizi təmsil etmək fürsəti əldə edir. 2022-ci ildən isə Şərqşünaslıq fakültəsində “Çin filologiyası” ixtisası açılıb.

Çinin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edildiyini xatırladan dekan bildirib ki, ötən il dekabrın 8-də BDU, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə imzalanıb.

BDU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Vanq Haoqianq isə qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi Çin dilinin əsaslarının keyfiyyətli tədrisi, təhsil sahəsində Azərbaycan və Çin arasında əməkdaşlığın, elmi və mədəni mübadilənin genişləndirilməsidir. İnstitutda BDU tələbələri Çin dilini öyrənir, müxtəlif mədəni tədbirlərdə iştirak edir, bu ölkənin universitetlərində təhsillərini davam etdirmək fürsəti qazanır, yayda Çində təşkil olunan yay məktəblərinə qatıla bilirlər.

Tədbirdə Şərqşünaslıq fakültəsinin tələbələri Çin rəqsləri, mahnıları ifa ediblər. Ənənəvi çay mərasimi, Çin milli əl oyunları nümayiş olunub.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024