BDU-da Çingiz Aytmatovun yaradıcılığına həsr olunmuş elmi seminar keçirilib

27/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasında tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığına həsr olunmuş elmi seminar keçirilib.

Fakültənin elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə Çingiz Aytmatovun türk dünyasının böyük oğlu olduğunu qeyd edib, onun əsərlərinin dövrün mənəvi-əxlaqi problemlərini əhatə etdiyini vurğulayıb.

Türkologiya kafedrasının dosenti Səbinə Ağayeva “Çingiz Aytmatov yaradıcılığına bir nəzər” adlı məruzəsində yazıçının ədəbi yaradıcılığı haqqında ətraflı məlumat verib. Çıxışda qeyd olunub ki, Çingiz Aytmatov xalqına qəlbən bağlı olan, onun keçmişinə, bu gününə və gələcəyinə biganə qalmayan görkəmli şəxsiyyətdir. Çünki Çingiz Aytmatov dünyaya ərazisi və əhalisi kiçik, lakin tarixi və mədəniyyətinin qədimliyinə görə haqqı böyük olan qırğız elindən baxmaqla bir xalqın timsalında dünya ədəbi-bədii fikrinin zirvəyə yüksəlməsini təmin edib. Ona görə də böyük qələm sahibinin mövzu və ideyasından aslı olmayaraq hər bir əsəri dünya ədəbiyyatında yeni bir ədəbi hadisəyə çevrilib. Yazıçı istər tarixi, istərsə də müasir mövzulu əsərlərində insan taleyinə, insan maraqlarına geniş yer verir, bu maraqları daha çox bəşəri ideallara uyğunlaşdırır.

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzəçiyə suallar ünvanlanıb.

Professor Firuzə Ağayeva, filologiya elmləri doktoru Qızılgül Abdullayeva məruzə ilə bağlı fikirlərini bölüşüb, görkəmli yazıçının yaradıcılığında milli kimlik məsələsindən, əsərlərinin bəşəri əhəmiyyətindən danışıblar. Bildirilib ki, yazıçının bədii əsərlərində və ictimai nəşrlərində toxunulan, kütləvi informasiya vasitələrində işıqlandırılan məsələlər müxtəlif ölkələrin və cəmiyyətin müasir ideoloji həyatı üçün bu gün də xüsusi aktuallıq kəsb edir.

Sonda Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov belə elmi seminarların gənc tədqiqatçıların formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb, iştirakçılara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026