BDU-da iqtisadiyyatın müasir ekonometrik problemlərinin təhlili üzrə tədqiqatlar davam edir

17/10/2025

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Riyazi iqtisadiyyat kafedrasının müdiri, professor Elşar Orucov və həmin kafedranın doktorantı Nəzrin Burcalıyevanın həmmüəllifi olduqları “Banklarda faiz və qeyri-faiz gəlirlər arasındakı əlaqənin Furye kointeqrasiya analizi: “Azər Türk Bank”ın nümunəsində” (“Fourier Cointegration Analysis of the Relationship Between Interest and Noninterest Income in Banks: The Case of Azer Turk Bank”) adlı məqalə  “Scopus” bazasında Q1 kvartilli jurnallar siyahısına daxil olan (IF: 2.3) “Economies” jurnalında dərc edilib:

https://www.mdpi.com/2227-7099/13/10/297

 

Məqalədə “Azər Türk Bank” üzrə rüblük məlumatlardan (2016Q1–2024Q3) istifadə etməklə faiz və qeyri-faiz gəlirləri arasındakı qarşılıqlı əlaqə Furye əsaslı innovativ üsullarla tədqiq edilib. Qeyri-xətti trendlər ətrafında tsiklik dalğalanmalar aşkar Furye-VECM tənlikləri ilə təsvir olunaraq modelləşdirilib. Furye funksiyalarını aşkar riyazi ifadələrlə VECM çərçivəsinə daxil etməklə, bu tədqiqatda tsiklik yayınmaları hamar qırılmalar və qeyri-xətti trendlər ətrafında modelləşdirmək üçün praktik, innovativ Fourier-VECM yanaşması təqdim edilib. Müəyyən olunub ki, klassik xətti yanaşmalarla müqayisədə bu yanaşma tsiklik komponentləri daha adekvat tutur, diaqnostikanın və proqnozlaşdırmanın dəqiqliyini artırır.

Alınmış nəticələrin tətbiqi risklərin qiymətləndirilməsini, stres-testləri və makroprudensial siyasətlərin effektivliyini artırır, Basel III tələblərinə uyğunluğu gücləndirir.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025