BDU-da "Jurnalistika: rəqəmsal yazıdan rəqəmsal epoxaya qədər" adlı ustad dərsi

14/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Türkiyənin tanınmış sosial media və xəbərçilik təlimçisi Bahadır Avşar "Jurnalistika: rəqəmsal yazıdan rəqəmsal epoxaya qədər" adlı ustad dərsi keçib.

Ustad dərsi Jurnalistika fakültəsi ilə AzTV-nin Teleradio Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər planına uyğun olaraq keçirilib.

Əvvəlcə Bahadır Avşar BDU-nun Jurnalistika fakültəsinin Tədris teleradio studiyasında tələbələrin praktiki fəaliyyəti ilə tanış olub.

Bahadır Avşar ustad dərsində jurnalistikanın tarixi, nəzəriyyəsi və müasir vəziyyəti haqqında bəhs edib, praktik jurnalist biliklərini paylaşıb.

Daha sonra TRT şirkəti haqqında məlumat verən Bahadır Avşar hazırda şirkətin 18 kanalının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Məruzədə həmçinin TRT kanallarının xüsusiyyətləri, xəbərçiliyin əsasları, yeni media, sosial media, internet televiziya kanallarının iş prinsiplərindən söz açıb. “Təbliğat”, “İnformasiyanın idarə edilməsi”, “Kütləvi kommunikasiya nəzəriyyələri”, “Korporativ kommunikasiya və rəqəmsal məzmunun idarə edilməsi” mövzularından da bəhs edib.

Görüşdə Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, fakültənin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova və fakültənin professor-müəllim heyəti iştirak edib, fakültə ilə TRT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Rəqəmsal diplomatiya sahəsində doktorluq dərəcəsi almış Bahadır Avşar uzun illər Türkiyədə bir sıra dövlət qurumlarında media və ictimaiyyətlə əlaqələr üzrə çalışıb. 2015-ci ildən etibarən TRT-nin Baş katibliyində araşdırmaçı kimi fəaliyyət göstərir və  jurnalistikanın müxtəlif istiqamətləri üzrə təlimlər keçirir.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024