BDU-da kainatın əmələ gəlməsinin elmi əsasları müzakirə olunub

18/05/2023

“Müasir elmin əsas problemlərindən biri Kainatın necə əmələ gəlməsi məsələsidir. Bu problemi həll etmək üçün Böyük Partlayış Nəzəriyyəsi irəli sürülüb. Bu nəzəriyyə sırf kvant nəzəriyyəsidir”.

Bu fikirlər Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Kainatın əmələ gəlməsinin kvant nəzəriyyəsinin yoxlanılması - Kvark Qlyuon Plazmasının alınması Böyük Adron Kollayderinin əsas məqsədi kimi” mövzusunda elmi seminarda səsləndirilib.

Seminarın məruzəçisi, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiya Mərkəzinin müdiri, Fizika fakültəsinin Maddə quruluşu kafedrasının professoru Mais Süleymanov qeyd edib ki, bu nəzəriyyəyə görə, Kainat təxminən 15 milyard il əvvəl boşluqda baş vermiş partlayışın nəticəsində əmələ gəlib. İlk əvvəl maddənin ən bəsit forması olan kvark-qlyuon plazması (KQP) yaranıb (KQP-nin gözlənilən sıxlığı adi nüvələrin sıxlığından 10 dəfə çoxdur), onun temperaturu 1012K-dan da çox olub. 10-6  san. yaşadıqdan sonra o, soyuyub və temperatur 1012 K-yə çatarkən proton və neytronlar sisteminə çevrilib. Bu sonuncu sistem 10-4 saniyə yaşayıb, temperatur 109 K-yə qədər azalıb və o, yüngül nüvələr sisteminə çevrilib. Bu proses 3 dəqiqə çəkib. Bundan sonrakı 400000 il ərzində neytral atomlar formalaşıb və bu zaman temperatur 4000 K olub. Daha sonrakı 109 il ərzində temperatur 20-3 K arasında azalıb və ilk ulduzlar, ağır kütləli elementlər və Yer kürəsi əmələ gəlib. Bu nəzəriyyənin doğruluğunu sübut etmək üçün laboratoriya şəraitində KQP almaq lazımdır. 50 ilə yaxındır ki, alimlər laboratoriya şəraitində KQP almağa çalışırlar. Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN, İsveç) Böyük Adron Kollayderində həlli gözlənilən problemlərdən biri də məhz KQP almaqdır. Bu məqsəd üçün ağır qurğuşun nüvələri işıq sürətinə yaxın sürətə qədər sürətləndirilib toqquşdurulur. Toqquşma nöqtəsində sıxlığın sıçrayışla artacağı və KQP-nin yaranması üçün lazım olan şəraitin əmələ gələcəyi gözlənilir.

Məruzədə BAK-da KQP-nin axtarılması (müəllifin iştirakı ilə) sahəsində son nəticələr müzakirə edilib.

Seminarda Fizika, Mexanika-riyaziyyat fakültələrinin müəllim-tələbə heyəti, BDU Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşları iştirak ediblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024