BDU-da “Karbon nanoboruları/qrafen oksidi əsaslı hibrid kompozitlərin alınması və xassələri” adlı seminar

11/04/2022

Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında elmi seminar keçirilib.

Seminarda laboratoriyanın böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Flora Hacıyeva “Karbon nanoboruları/qrafen oksidi əsaslı hibrid kompozitlərin alınması və xassələri” adlı məruzə ilə çıxış edib. Məruzəçi karbon nanoboruları, qrafen və qrafen oksidinin quruluşu, fiziki və kimyəvi xüsusiyyətləri, əsas alınma metodları və bu metodların hibrid strukturların quruluş və xassələrinə təsiri mexanizmi haqda seminar iştirakçılarına geniş məlumat verib.

Qeyd olunub ki, karbon nanoboruları/qrafen oksid əsaslı hibrid kompozitləri təmiz karbon nanoboruları və qrafen oksidi ilə müqayisədə daha yaxşılaşdırılmış elektrik və mexaniki xassələrə malik olduqları üçün onları şəffaf keçirici elektrodların, superkondensatorların, litium-ion batareyalarının, fotokatalitik elementlərin və yüksək davamlı polimer kompozitlərin alınmasında tətbiq etmək mümkündür.

Daha sonra məruzə üzrə müzakirələr aparılıb və seminar iştirakçılarının sualları cavablandırılıb. Müzakirələrdə Nanoaraşdırmalar ETL-də bu istiqamətdə aparılan işlərin perspektivli olduğu vurğulanıb.

Xəbərlər

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
10/12/2025

BDU-nun əcnəbi tələbəsi “Huawei İKT Müsabiqəsi”nin milli imtahan mərhələsinə vəsiqə qazanıb

BDU-nun əcnəbi tələbəsi “Huawei İKT Müsabiqəsi”nin milli imtahan mərhələsinə vəsiqə qazanıb
10/12/2025

BDU könüllüləri “Suveren Azərbaycan” İntellektual Könüllülər Liqasının qalibi olub

BDU könüllüləri “Suveren Azərbaycan” İntellektual Könüllülər Liqasının qalibi olub
10/12/2025