BDU-da Karyera Festivalı başlayır

27/05/2025

Bakı Dövlət Universiteti (BDU), Dövlət Məşğulluq Agentliyi və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Karyera Festivalı başlayır.

Karyera Festivalında BDU-nun tələbə və məzunlarına 100-dən çox işəgötürən 1200-dən artıq vakansiya, 500-dək təqaüd proqramı təqdim edir.

Festivalın keçirilməsində məqsəd tələbə və məzunları ölkənin aparıcı şirkətləri ilə bir araya gətirmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etməkdir.

"Açıq qapı" formatında təşkil ediləcək festivalda digər universitetlərin tələbə və məzunları, həmçinin işsiz və işaxtaran şəxslər də iştirak edə bilərlər.

Festivalda tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "workshop" və seminarların keçirilməsi, simulyasiya və startap güşələrinin təşkili nəzərdə tutulub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026