BDU-da Karyera Festivalı çərçivəsində “Şəbəkələşmə görüşü”

27/05/2025

Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi, “PAŞA Holding” şirkəti, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi, Karyera və məzunlarla iş Mərkəzi və "BDU könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə "Şəbəkələşmə görüşü" keçirilib.

“PAŞA Holding”in işə qəbul üzrə baş mütəxəssisi Fidan Xubanlı və insan resursları üzrə inzibati köməkçisi Zülfiyyə Heydərovanın iştirakı ilə təşkil olunan görüşdə tələbələrə karyera planlaması, işə qəbul prosesinin mərhələləri, CV hazırlanması və müsahibələr zamanı diqqət yetirilməli məqamlar barədə ətraflı məlumat verilib. İştirakçılar “PAŞA Holding”in fəaliyyət istiqamətləri, təcrübə proqramları və gənclər üçün təklif etdiyi karyera imkanları ilə də tanış olublar.

Daha sonra tələbələr öz CV-lərini təqdim edərək, təlimçilərdən fərdi rəy və tövsiyələr alıblar. Bununla onlar CV-lərində olan çatışmazlıqları müəyyənləşdirib, işəgötürənlərin prioritet hesab etdiyi məqamları öyrəniblər.

Sessiyanın sonunda tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
12/08/2026

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
12/08/2026

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə!

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə!
12/08/2026