BDU-da “Karyera günləri”

14/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi “Karyera günləri” layihəsinə start verib.

Layihə çərçivəsində ilk infosessiya BDU-nun Kimya fakültəsinin “Kimya” və “Kimya mühəndisliyi” ixtisaslarının yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə (ÜOMG) malik olan II və III kurs tələbələri ilə keçirilib.

İnfosessiyada Mərkəzin fəaliyyət istiqamətləri və tələbələr üçün reallaşdırılan layihələr haqqında məlumat verilib. Bildirilib ki, “Karyera günləri” layihəsinin əsas məqsədi seçilmiş gənclərin karyera inkişafına dəstək olmaq, onların yumşaq və texniki bacarıqlarını inkişaf etdirmək, müxtəlif işəgötürən şirkətlərin sahəvi mütəxəssisləri tərəfindən təlimlərin təşkilinə şərait yaratmaq, tələbələrin şirkətlərin daxili iş prosesi ilə tanışlığı üçün infoturlar təşkil etmək, layihənin sonunda isə aktiv tələbələri təcrübə proqramına cəlb etməkdir.

İnfosessiya interaktiv müzakirələr və praktiki nümunələr ilə davam edib.

Xəbərlər

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
03/08/2026

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
03/08/2026

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub
03/08/2026