BDU-da “Karyera günləri” layihəsi çərçivəsində növbəti infosessiya

01/01/1970

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi tərəfindən Beynəlxalq münasibətlər və iqtisadiyyat və Filologiya fakültələrinin tələbələri üçün “Karyera günləri” layihəsi çərçivəsində növbəti infosessiya keçirilib.

Əvvəlcə Karyera və məzunlarla iş Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, tələbələrin peşəkar bacarıqlarının inkişafına dəstək olmaq, onların əmək bazarına uğurlu kadr kimi hazırlanması üçün müxtəlif şirkətlərin təcrübə proqramları və iş imkanları ilə tanışlığını təmin etmək Mərkəzin əsas məqsədlərindəndir.

Tələbələr layihənin mahiyyəti və əsas istiqamətləri barədə məlumatlandırılıb. Bildirilib ki, layihə tələbələrə öz güclü tərəflərini müəyyənləşdirmək, əmək bazarını düzgün təhlil etmək, öz potensiallarını ona uyğunlaşdırmaq, müxtəlif iş axtarışı alət və strategiyaları ilə tanış olmaq, peşəkar CV və rezümenin tərtibi qaydalarına yiyələnmək imkanı verəcək.

İnfosessiya tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026