BDU-da “Karyera söhbətləri” lahiyəsi çərçivəsində təlim

30/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Karyera söhbətləri” layihəsi çərçivəsində Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri üçün “CV/rezüme hazırlığı” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi tələbələrə əmək bazarında fərqlənmək, peşəkar şəkildə özünü təqdim etmək və düzgün tərtib edilmiş CV/rezüme vasitəsilə potensial işəgötürənlərin diqqətini cəlb etmək bacarıqlarını aşılamaqdır.

Mərkəzin Məzunlarla iş şöbəsinin məsləhətçisi Mələkxanım Qurbanova bildirib ki, CV və rezüme işaxtaranın bilik və bacarıqlarını, təcrübəsini və peşəkar inkişaf istiqamətini əks etdirən əsas sənədlərdir. Təlimdə CV və rezümenin hazırlanmasında diqqət yetirilməli əsas məqamlar, yazı üslubu və struktur formalaşdırılması, onlar arasındakı fərqlər və oxşarlıqlar haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, hər bir tələbə əmək bazarına daxil olmadan öncə öz peşəkar profilini formalaşdırmalı, CV-ni daim yeniləməli və müasir tələblərə uyğunlaşdırmalıdır.

Təlimçi tələbələrə praktiki nümunələrlə CV tərtibində tez-tez buraxılan səhvləri və onların aradan qaldırılması yollarını təqdim edib. Tədbirin interaktiv hissəsində tələbələr öz CV nümunələrini təqdim edərək, təlimçi tərəfindən fərdi tövsiyələr alıblar.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026