BDU-da Karyera və məzunlarla iş Mərkəzi yaradılır

30/12/2023

Bakı Dövlət Universitetində (BDU) Karyera və məzunlarla iş Mərkəzi yaradılır. Bununla bağlı BDU Elmi Şurasının iclasında qərar qəbul olunub.

Məlumdur ki, universitetlərin dünya reytinqini müəyyən edən təşkilatların (QS, THE) demək olar ki, hamısı reytinqin müəyyən edilməsində əsas meyar kimi universitetin məzunlar və işəgötürənlər arasındakı reputasiyasını əsas götürür. Ona görə də BDU məzunlarının karyera məsələlərini daim izləyən, köməklik göstərən, bu məqsədlə əmək yarmarkaları təşkil edən mərkəzin yaradılması zərurəti meydana gəlib.

Elmi Şuranın qərarına əsasən, hazırda BDU-nun İnsan resursları və hüquq şöbəsinin strukturunda Karyera və məzunlarla iş sektorunun fəaliyyətinin daha da genişləndirilməsi və optimallaşdırılması, bu sahənin inkişaf etdirilməsi üçün onun bazasında müstəqil Karyera və məzunlarla iş Mərkəzi yaradılacaq.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026