BDU-da “Karyera yolu” layihəsi çərçivəsində növbəti təlim

14/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Karyera yolu” layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının əməkdaşı Mikayıl Tağıyevin ““LinkedIn” və şəxsi brend” mövzusunda təlimi keçirilib.

Təlimdə “LinkedIn” platformasının imkanları, şəxsi brendin formalaşdırılması, peşəkar şəbəkələşmə üsulları və profilin effektiv hazırlanması kimi mövzularda iştirakçılara geniş məlumat verilib. Mikayıl Tağıyev foto, başlıq, təsvir və təcrübə bölmələrinin düzgün doldurulması, fərdiləşdirilmiş əlaqə qurma strategiyaları və işəgötürənlərin diqqətini cəlb edən profil elementləri barədə praktiki tövsiyələr təqdim edib.

Təlimçi “LinkedIn”in müasir əmək bazarında mühüm rol oynadığını vurğulayaraq bildirib ki, bu platforma sadəcə sosial media deyil, peşəkar inkişaf üçün geniş imkanlar təqdim edən bir ekosistemdir. Onun sözlərinə görə, düzgün qurulan profil, məqsədli əlaqələr və düşünülmüş məzmun uğurlu karyeranın əsasını formalaşdırır.

Tədbir zamanı tələbələr müzakirələrə qoşulub, praktik bilik və tövsiyələr əldə ediblər.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026