BDU-da keçirilən Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransı başa çatıb

18/11/2023

Bu gün Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransının (NASCO XXVI) bağlanış mərasimi keçirilib.

Konfransın bağlanış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev, təşkilat və elm komitələrinin üzvləri və qonaqlar iştirak ediblər.

Rektor Elçin Babayev konfransın işini yüksək qiymətləndirib, təşkilat və proqram komitələrinə minnətdarlıq bildirib, bölmə iclaslarında təqdim olunan məruzələrin, aparılan elmi müzakirələrin uğurlu nəticələr verəcəyinə, konfransın gənc tədqiqatçıların sayının artmasına, habelə ölkənin müxtəlif ali təhsil müəssisələrinin doktorantları arasında elmi əlaqələrin genişlənməsinə köməklik göstərəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev çıxış edərək konfransın işini yüksək dəyərləndirib və təşkilatçılara  minnətdarlıq edib.

Konfransın elmi katibi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova bölmələr və məruzələr haqqında statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025