BDU-da “Kitab mədəniyyəti və əqli mülkiyyət” mövzusunda ustad dərsi

20/05/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Kitab mədəniyyəti və əqli mülkiyyət” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri, Əməkdar jurnalist, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin məzunu Akif Təvəkküloğlu məruzə edib.

Natiq əqli mülkiyyət anlayışını şərh edib, müəlliflik hüquqları və əlaqəli hüquqlar, onların həyata keçirilməsi və qorunma mexanizmləri barədə geniş məlumat verib. Qlobal informasiya mühitinin bu prosesə təsirinin elmi-nəzəri aspektlərini izah edib. Bu sahədə dövlət siyasətinin prioritetlərindən danışan məruzəçi ölkəmizin Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, eyni zamanda müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində beynəlxalq konvensiya və müqavilələrə qoşulduğunu bildirib. Əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının qanunvericiliyindən bəhs edən natiq sahənin hüquqi bazasının formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Bu sahədə dövlət siyasətini həyata keçirən Əqli Mülkiyyət Agentliyinin fəaliyyət istiqamətləri barədə geniş məlumatları diqqətə çatdırıb.

Biliklər cəmiyyətində intellektual mülkiyyətin əhəmiyyətini vurğulayan məruzəçi əqli mülkiyyət fəaliyyətinin yalnız hüquqi və iqtisadi mexanizm deyil, eyni zamanda ideyaların, mədəniyyətlərin və yaradıcı düşüncənin qorunmasında əsas vasitə olduğunu qeyd edib. Bildirib ki, kitab mədəniyyəti müəllifdən oxucuya qədərki prosesdə yaranan zəngin irsi ifadə edən sosial və intellektual hadisədir: “Bu prosesdə müəllif hüquqlarının qorunması, plagiat və piratçılıq halları ilə mübarizə, rəqəmsallaşma şəraitində əqli mülkiyyətin mühafizəsi kimi istiqamətlər mühüm əhəmiyyət kəsb edir”.

İnteraktiv müzakirə şəraitində keçən dərs zamanı əqli mülkiyyətin kitabxana işinə inteqrasiyası, rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə edilməsi, lisenziyalı yayım modelləri və müasir proqram təminatlarının bu sahəyə tətbiqi mövzularında geniş fikir mübadiləsi aparılıb.

 

 

 

Xəbərlər

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
13/02/2026

BDU-da əmək hüququnda süni intellektin tətbiqi problemlərinə dair araşdırmalar aparılır

BDU-da əmək hüququnda süni intellektin tətbiqi problemlərinə dair araşdırmalar  aparılır
13/02/2026