BDU-da “Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

07/05/2018

Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Beynəlxalq  elmi konfrans  keçirilib.

Konfransı giriş sözü ilə BDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, elm və təhsil sahəsinə qayğısından bəhs edib. Bildirib ki, ulu öndər digər sahələrlə yanaşı, kitabxana işinə də yüksək qiymət verib, bu sahənin inkişafı üçün bir sıra mühüm addımlar atıb.

Sonra BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda məruzə edib. Alimin məruzəsi maraqla dinlənilib, məruzə ətrafında diskussiyalar aparılıb.

Elmi konfrans işini bölmə iclaslarında davam etdirib, ümumilikdə 55 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 07 may 2018-ci il

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026