BDU-da “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransı keçirilib

03/05/2019

Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransi keçirilib.

Konfransı giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açaraq Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, elm və təhsil sahəsinə qayğısından bəhs edib. Bildirib ki, Ulu öndər digər sahələrlə yanaşı kitabxana işinə də yüksək qiymət verib, bu sahənin inkişafı istiqamətində mühüm addımlar atıb.

Sonra BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında kitabxana və nəşriyyat işinin qurucusu kimi” mövzusunda məruzə edib. Alimin məruzəsi maraqla dinlənilib, məruzə ətrafında diskussiyalar aparılıb.

Elmi konfrans işini bölmə iclaslarında davam etdirib, ümumilikdə 60 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 03 may 2019-cu il.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026