BDU-da Çin Yeni ili qeyd olunub

03/03/2018

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni ili qeyd olunub.  Tədbirin açılışında çıxış edən Konfutsi İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli iştirakçıları “Çundjie” - Bahar bayramı münasibəti ilə təbrik edib.

O, ölkəmizdə Çin dili və mədəniyyətinin tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən, Konfutsi İnstitutunun iki ölkə arasında mədəniyyət, o cümlədən elm-təhsil sahəsində körpü rolunu oynadığını qeyd edib. Belə ki,  adıçəkilən qurum  vasitəsilə Azərbaycanda Çin dilinin tədrisi təşkil olunur, Çin mədəniyyətinin yayılması həyata keçirilir.

Konfutsi İnstitutunun Azərbaycanda 9 filialının yaradıldığını deyən Oqtay Cəlilbəyli onun hər il imtahanlar təşkil etdiyini, tələbələrin Çinə  təhsil almağa göndərildiyini  qeyd edib.

Daha sonra BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru xanım Luo Siaoc Çinin milli adət-ənənələri, mərasimləri, bayramları haqqında məlumat verib. O, Çin Yeni ili bayramının Azərbaycanda Novruz ərəfəsində keçirilməsini mədəniyyətlərimizin qədim köklərə malik olması ilə əlaqələndirib. Direktor ötən illər ərzində Konfutsi İnstitutunun fəaliyyəti nəticəsində ölkələrimiz arasında möhkəm dostluq  əlaqələrinin yarandığını bildirib.

Tədbirin bədii hissəsində Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, ADA, Bakı Mühəndislik Universitetinin tələbələrinin, Konfutsi İnstitutunun gənc müdavimlərinin ifasında rəqslər, Çin xalq mahnıları və səhnəciklər təqdim edilib, bu ölkənin şairlərinin yaradıcılığından nümunələr səsləndirilib.

Mətbuat və informasiya şöbəsi, 03 mart 2018-ci il.

azertag.az

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026