BDU-da Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

12/11/2021

Bakı Dövlət Universitetində (BDU) 12 Noyabr - Konstitusiya Günü ilə bağlı onlayn dəyirmi masa keçirilib.

Dəyirmi masada BDU-nun rektoru Elçin Babayev çıxış edərək tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik edib. Ulu Öndər Heydər Əliyevin memarı olduğu və 1995-ci ildə ümümxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizdə hüquqi dövlətin tam bərqərar olmasına geniş yol açdığını və artıq 26 ildir ki, Konstitusiyamızın milli dövlətimizə, ölkədə dərinləşən islahatlara, xalqın tərəqqisinə xidmət etdiyini qeyd edib. Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan Konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Azərbaycan Respublikasının Konstitusiyası hakimiyyətin bölgüsü prinsipini ən yüksək səviyyədə özündə təsbit etmiş, dövlətimizin beynəlxalq cəmiyyətə inteqrasiyasının əsaslarını müəyyənləşdirmişdir.

Milli Məclisin komitə sədri, BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının əsas qanunu kimi” mövzusunda məruzə ilə çıxış edərək ölkə tarixinin mürəkkəb dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun mühüm hissəsi olan Konstitusiyanın müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil etdiyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb. Müstəqil Azərbaycanın hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Natiq əlavə edib ki, Əsas Qanun müstəqil dövlət quruculuğu prosesini tənzimləyib, demokratik inkişafa təminat yaradıb.

Daha sonra Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev “Azərbaycan Respublikası Konstitusiyasının müstəqil dövlət quruculuğunda rolu”, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisinin birinci müavini Elşad Nəsirov “Azərbaycan Respublikası Konstitusiyasının inkişaf tarixinə dair”, BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev  “Azərbaycan Respublikası Konstitusiyasının beynəlxalq hüquqi əhəmiyyəti”, BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ ixtisaslaşması üzrə magistrantı Qəndab Zeynalova “Azərbaycan Respublikası Konstitusiyası əsas insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı kimi” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda Azərbaycan Respublikası Konstitusiyasının ölkədə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etdiyi, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığı və beynəlxalq hüquqi əhəmiyyəti qeyd edilib. Daha sonra, Konstitusiyanın müstəqil dövlət quruculuğu prosesini hərtərəfli tənzimləyən, demokratik inkişafa ciddi təminat yaradan Əsas Qanun olduğu qeyd olunub. Vurğulanıb ki, dövlətimiz var olduqca, Ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən ibarət olan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.

Dəyirmi masanın sonunda müzakirələr və fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024