BDU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində respublika gəncləri arasında intellektual yarış

16/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi, Azərbaycan Respublikasının Gənclər Fondu, Vəkillər Kollegiyası, “Femida Könüllüləri” Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində respublika gəncləri arasında “Legal Ring” adlı intellektual yarış keçirilib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, 2025-ci il ölkəmizin ərazi bütövlüyünün bərpasının 5 illiyi və Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyi ilə də əlamətdardır. Məhz bu mühüm hadisələrə həsr olunan tədbirlərin keçirilməsi hüquqi maarifləndirmənin gücləndirilməsi və gənclərin hüquq mədəniyyətinin formalaşdırılması baxımından xüsusi önəm daşıyır. Dekan çıxışında Konstitusiyanın müəllifinin müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev olduğunu vurğulayaraq, Ulu Öndərin əsas qanunumuz haqqında məşhur kəlamını xatırladıb: “Azərbaycan Respublikasının Konstitusiyası dünyada nadir konstitusiyalarındandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri- qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan hüquqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib".

Zaur Əliyev bildirib ki, Azərbaycan Konstitusiyasının üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarına həsr olunub: “Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycanın, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə qalib Azərbaycan dövlətinin qurucusudur”.

Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov, Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev və “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxışlarında müstəqil Azərbaycanın ilk Konstitusiyasında vətəndaşlara verilən hüquq və azadlıqlar, ölkənin siyasi-ərazi quruluşu, hakimiyyətin qolları və onların funksiyalarını geniş şəkildə izah ediblər. Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərlə bağlı müxtəlif illərdə keçirilmiş referendumlara toxunan məruzəçilər bu dəyişikliklərin demokratik dəyərlərin gücləndirilməsi, siyasi azadlıqların artırılması və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət etdiyini bildiriblər. Çıxışlarda həmçinin Vətən müharibəsi və 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, ölkə Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə təmin edildiyi xüsusi qeyd olunub.

Çıxışlardan sonra intelektual yarış keçirilib.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025