BDU-da “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” adlı Beynəlxalq Yay Məktəbi başlayır

21/09/2022

Sentyabrın 22-dən oktyabrın 2-dək Bakı Dövlət Universiteti (BDU) və “Volkswagen” Fondunun birgə təşkilatçılığı ilə “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda Beynəlxalq Yay Məktəbi keçiriləcək (http://qst2022.bsu.edu.az).

Bir çox ölkələrdən olan magistrant, doktorant və gənc tədqiqatçılar üçün təşkil olunan Yay Məktəbində müvafiq sahə üzrə dünya miqyasında tanınmış alim-mütəxəssislərin – İman Əsgərbəyli (Ankara Universiteti, Türkiyə), Stephen Bartlett (Sidney Universiteti, Avstraliya), Karlo Beenakker (Leiden Universiteti, Hollandiya), Dagmar Bruss (Dusseldorf Universiteti, Almaniya), Giulio Kasati (Insubria Universiteti, İtaliya), Reinhold Egger (Dusseldorf Universiteti, Almaniya), Vladimir Falko (Milli Qrafen İnstitutu, Böyük Britaniya), Rosario Fazio (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Yuval Gefen (Weizmann İnstitutu, İsrail), Ali Gencer (Ankara Universiteti, Türkiyə), Elçin Cəfərov (Fizika İnstitutu, Azərbaycan), George Caparidze (İlya Dövlət Universiteti, Gürcüstan), Mixail Kiselev (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Boris Malomed (Tel-Əviv Universiteti, İsrail), Nazim Məmmədov (Fizika İnstitutu, Azərbaycan), Davron Matrasulov (Turin Politexnik Universiteti, Özbəkistan), Yasser Omar (Lissabon Universiteti, Portuqaliya), Feliks Von Oppen (Berlin Universiteti, Almaniya), Barri Sanders (Calgary Universiteti, Kanada), Diter Suter (Dortmund Texniki Universiteti, Almaniya) və digərlərinin məruzələri nəzərdə tutulub.

Tədbirin məqsədi müasir kvant elminin qabaqcıl ideyalarını, yeni nəticələrini, mövcud problemlərini və inkişaf perspektivlərini, kvant texnologiyalarında mümkün tətbiqlərini dinləyicilərə çatdırmaqdan ibarətdir. Dəvət olunmuş mühazirəçilər tərəfindən oxunacaq mühazirələr kondensə olunmuş hal fizikasının əsasları və tətbiqi, aşağıölçülü materiallar və onların enerji çevrilmələrində tətbiqi, habelə, Dirak yarımmetalları, Mayorana fermionları, topoloji izolyatorlar, yeni ifratkeçirici materiallar, kvant idarəetməsi və mühəndisliyi, kvant hesablamaları və modelləşdirilməsi, kvant rabitəsi və kriptoqrafiyası, kvant şəbəkələri və onların tətbiqi, kvant optikası və soyuq atomlar, kvant metrologiyası və zondlaması və digər müvafiq mövzuları əhatə edəcək.

Tədbir çərçivəsində, həmçinin, BDU üçün xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetirilməsi, eyni zamanda beynəlxalq koordinasiya və əməkdaşlığın yüksək səviyyədə yeni müstəvidə genişləndirilməsi nəzərdə tutulur.

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024