BDU-da Kvant nəzəriyyələrində Landaunun xəyali polyusu problemi tədqiq edilib

15/04/2022

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnistitutunda növbəti elmi seminar keçirilib.

Tədbirdə BDU Fizika Problemləri ETİ və AMEA Fizika İnstitutunun əməkdaşları iştirak ediblər.

Seminarda İnstitutun Nəzəri fizika şöbəsinin baş elmi işçisi Rauf Cəfərov “Kvant nəzəriyyələrində Landaunun xəyali polyusu problemi -- 65. Bu gün” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Landau polyusu anlayışı barədə məlumat verib, bu anlayışın yaranması haqqında icmal təqdim edib. Müasir nəzəriyyələrdə Landau polyusunun əhəmiyyəti haqqında danışan Rauf Cəfərov bu polyusun analitik üsulla dəf olunması və qrafik nümayişinin təmin edildiyini qeyd edib.

Sonra məruzəçi sualları cavablandırıb, alınmış nəticələrin xüsusiyyətlərini izah edib.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026