BDU-da “Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq” adlı tədbir keçirilib

17/05/2019

Bakı Dövlət Universitetində “Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq” adlı tədbir keçirilib. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Tələbə Həmkarlar Təşkilatının sədri Mirməhəmməd Hüseynov tədbiri açaraq bildirib ki, 1992-ci il may ayının 17-18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. O, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində milli ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldiyini, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndiyini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Laçın və laçınlılar haqqında söylədiyi dəyərli fikirlərdən ibarət videoçarx nümayiş olunub.

Tədbirin qonaqları Aprel döyüşlərinin qaziləri, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi Heydər Pərvazlı və Coğrafiya fakültəsi tələbəsi Ramin Əmiraslanov Azərbaycan ordusunun gücünu və xalqımızın birliyini nümayişi etdirən aprel döyüşlərində qazanılan uğurlardan, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs ediblər.

Tədbir bədii hissə davam edib. Gənc aktyor, qiraətçi Səfa Mehti və şair Həbib Azəri vətənpərvər ruhda şeirlərlə çıxış edib, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının "Əməkdar artist"i, xanəndə Ehtiram Hüseynov muğam və xalq mahnıları ifa edib.

Mətbuat və İnformasiya şöbəsi, 17 aprel 2019-cu il

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024