BDU-da “Layihələrin idarə edilməsi və yazılması” mövzusunda təlim keçirilib

01/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Layihələrin idarə edilməsi və yazılması” mövzusunda təlim keçirilib.

Təlim Mədəniyyət Nazirliyinin "MyGrant" layihəsinin koordinatoru Heydər Mirzəyev tərəfindən aparılıb.

Təlim müddətində iştirakçılara layihələrin məqsəd və vəzifələrinin düzgün müəyyənləşdirilməsi, fəaliyyət planının tərtibi və gözlənilən nəticələrin qiymətləndirilməsi kimi praktiki bacarıqlar izah edilib. Ekspert  layihələrin strukturlaşdırılması, büdcə hazırlanması və qrant sənədlərinin tələblərə uyğun şəkildə yazılması barədə tövsiyələr verib.

Proqramın ikinci hissəsində iştirakçılar komandalara bölünərək qrup işləri yerinə yetiriblər. Komanda fəaliyyəti zamanı tələbələr ekoloji mövzular üzrə layihə təklifləri hazırlayıb, yaradıcı ideyalar və yeni yanaşmalar irəli sürüblər.

Təlimin məqsədi tələbələrə layihələrin idarə olunması və layihə yazılışı üzrə düzgün metodologiyanın izahı, habelə müxtəlif qrant müsabiqələrinə effektiv müraciət qaydalarının öyrədilməsi olub.

Xəbərlər

BDU komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026