BDU-da “Əli bəy Hüseynzadə irsinin biblioqrafik tədqiqi” mövzusunda elmi seminar

22/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Əli bəy Hüseynzadə irsinin biblioqrafik tədqiqi” mövzusunda elmi seminar keçirilib.

Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi Vəzufə Xudiyeva mövzu ilə bağlı məruzə edib. Tədqiqatçı Prezident İlham Əliyevin sərəncamı ilə Əli bəy Hüseynzadənin 150 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini, Nazirlər  Kabinetinin qərarı ilə əsərləri dövlət varidatı elan edilən müəlliflər siyahısında böyük mütəfəkkirin də yer aldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Əli bəy Hüseynzadə irsi nəşr olunmuş 168 məqalə, 19 kitab, 16 rəsm əsəri və 115 əlyazmadan ibarətdir. Məruzədə həmçinin Əli bəy Hüseynzadənin həyatı və fəaliyyəti haqqında kitab, məqalə və tədqiqat işləri barədə ətraflı məlumat verilib, elektron resurslar diqqətə çatdırılıb.

Seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026