BDU-da “Liderlik və idarəetmə bacarıqları” mövzusunda təlimlər keçiriləcək

01/10/2026

Bakı Dövlət Universitetində (BDU) “Liderlik və idarəetmə bacarıqları” mövzusunda  təlimlər keçiriləcək.

BDU rektorunun müşaviri Asiman İlyasov tərəfindən təşkil olunacaq təlimlərin məqsədi Universitet əməkdaşlarının idarəetmə potensialının inkişaf etdirilməsi, komanda daxilində əməkdaşlığın gücləndirilməsi və effektiv qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsidir.

Təlim proqramı çərçivəsində müasir liderlik yanaşmaları, effektiv idarəetmə, komanda işinin təşkili, qərar qəbuletmə və kommunikasiya bacarıqları ilə bağlı nəzəri və praktiki sessiyalar təşkil olunacaq. İştirakçılar interaktiv fəaliyyətlər, müzakirələr və praktiki tapşırıqlar vasitəsilə liderlik və idarəetmə bacarıqlarının tətbiqi aspektləri ilə tanış olacaqlar.

Təlimlər 6-7 oktyabr tarixlərində saat 12:00-da BDU-nun 2 saylı tədris binasının 511-ci auditoriyasında keçiriləcək.

Təlimlərdə iştirak etmək istəyən BDU əməkdaşları aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/19ZhwOooITSHXHE6yu-rYcBCoXTP3SRn8vKWAbmBf_WI/viewform?edit_requested=true&pli=1

Xəbərlər

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026