BDU-da "İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb

27/03/2026

Bakı Dövlət Universitetində (BDU) 27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə gününə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqə Komissiyasının qərarına əsasən, təbiət-dəqiq və texnika elmləri üzrə Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı I, Biofizika və biokimya kafedrasının baş müəllimi Aygün Nəsibova II və BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri, dosent Şahin Ağayev və Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov III yerə layiq görülüblər.

Humanitar və ictimai elmlər üzrə Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının professoru Aida Qasımova II və Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti Lalə Əliyeva III yerə layiq görülüb.

Qeyd olunmalıdır ki, müsabiqədə I yerin qalibləri 2500, II yerin qalibləri 1500, III yerin qalibləri isə 1000 manat pul mükafatı və diplomla təltif edilirlər.

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqənin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılmasıdır.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026