BDU-da "Lütfi Zadə məntiqinin Aristotelin binar məntiqi ilə müqayisəsi və spesifik cəhətləri” mövzusunda elmi seminar

11/03/2021

Bakı Dövlət Universitetində (BDU) Lütfi Zadənin 100 illik yubileyi münasibətilə Tədbirlər Planına müvafiq olaraq Sosial elmlər və psixologiya fakültəsində “Lütfi Zadə məntiqinin Aristotelin binar məntiqi ilə müqayisəsi və spesifik cəhətləri” mövzusunda onlayn elmi seminar keçirilib. Elmi seminarda Fəlsəfə tarixi və Pedaqogika kafedralarının əməkdaşları, kafedranın doktorant və magistrantları iştirak ediblər.

Seminarı giriş sözü ilə  açan Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  sərəncamının əhəmiyyətini qeyd edərək, görkəmli alimin həyatı və elmi fəaliyyəti haqqında məlumat verib. O, Lütfi Zadənin fundamental kəşfləri və ideyalarının mahiyyətini anlamaq üçün onların fəlsəfi mahiyyətinə varmağın vacibliyini vurğulayıb.

Sonra kafedranın professoru Əziz Məmmədov məruzə ilə çıxış edib. Məruzədə alimin qeyri-səlis məntiqinin XX əsrin fundamental kəşflərindən biri kimi intensiv tədqiq edilməkdə olduğunu, Lütfi Zadə nəzəriyyələrinin əsas fəlsəfi mahiyyətinin onların insan təfəkkürünü daha dürüst əks etdirməsini və reallığa daha çox adekvat olmasını nəzərə çatdırıb. Aristotel məntiqinə L.Zadə məntiqinin xüsusi halı kimi baxan professor hər iki məntiqin həqiqəti əks etdirdiyini, Aristotel məntiqinin düşüncə prosesləri üçün nisbətən kobud və sadə model olduğu halda, L.Zadə məntiqinin daha zəngin, dəqiq, adekvat və inandırıcı model olduğunu, L.Zadə modelində fikrin xaotikliyi ilə nizamlılığı arasındakı kəskin fərqin aradan qaldırılaraq, xaotik düşüncələrin nizamlı fikrə daha çox yaxınlaşmasının təmin edildiyini bildirib.

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının vitse-prezidenti, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin baş müəllimi Fuad Qurbanov çıxışında Lütfi Zadə ideyalarının əsas məqsədinin qeyri-səlislikləri səlisləşdirməkdən ibarət olduğunu vurğulayıb.

Fəlsəfə kafedrasının baş müəllimi Azər Allahverdiyev klassik məntiq sistemləri (Aristotel məntiqi) və qeyri-klassik (çoxqiymətli) məntiq sistemləri haqqında məlumat verib, qeyri-səlis məntiqin əsas anlayışlarından olan “linqvistik dəyişən” anlayışının məzmununu açıqlayıb.

Pedaqogika kafedrasının müdiri professor Ləzifə Qasımova, kafedranın dosenti, əməkdar müəllim Səfurə Allahverdiyeva, Fəlsəfə kafedrasının əməkdaşları dosentlər Arif Tağıyev, Bilal Əlizadə, Pərvin Həsənova, fəlsəfə üzrə fəlsəfə doktoru Aygün Kərimova, müəllim Elmar Hüseynov, magistrant Rəvan Əliyev, BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin mütəxəssisi Nuriyyə Mustafayeva mövzu ətrafında çıxış ediblər.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024