BDU-da Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib

11/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib.

Mexanika-riyaziyyat fakültəsi TGT-nin sədr müavini Sevinc Pənahova tədbirdə adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunmuş Lütfi Zadənin həyatı, fəaliyyəti, elmi tədqiqatları və  kəşfləri haqqında çıxış edərək məşhur alimin tədqiqatlarının dünya elminə verdiyi töhfələrdən bəhs edib.

Tələbələrin çıxışlarında alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsinin müxtəlif elm sahələrinin inkişafına təkan verdiyi vurğulanıb. Bu nəzəriyyənin yeni intellektual texnologiyalara güclü təsir göstərdiyi, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadığı bildirilib.

Tədbirdə Lütfi Zadəyə həsr olunmuş fotoslayd və videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş məntiq müsabiqəsinin qalibləri (Qəniyeva Leyla Elçin qızı - Mexanika-riyaziyyat fakültəsi; Riyaziyyat müəllimliyi ixtisası, I kurs, Əmirova Aysel - Mexanika-riyyaziyyat fakültəsi, Riyyaziyyat müəllimliyi ixtisası I kurs tələbəsi) müəyyən edilib.  Qaliblərə Tələbə Gənclər Təşkilatının sertifikatları təqdim  edilib.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026