BDU-da İlyas Əfəndiyevin 110 illik yubileyi münasibətilə kitab sərgisi hazırlanıb

24/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında XX əsrdə Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərən ədib, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illik yubileyi ilə əlaqədar kitab sərgisi təşkil olunub. Sərgidə Elmi Kitabxananın fondunda qorunan, İlyas Əfəndiyevin müəllifi olduğu və onun haqqında yazılmış 50-yə yaxın kitab nümayiş olunur. Onların sırasında İlyas Əfəndiyevin müxtəlif illərdə nəşr olunmuş çoxcildlli “Seçilmiş əsərləri”, “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Geriyə baxma, qoca”, “Üç roman”, “Sarıköynəklə Valehin nağılı”, “Ceyran ovu”, həmçinin “İlyas Əfəndiyevin yaradıcılıq yolu” (Yaqub İsmayılov), “İlyas Əfəndiyev: Həyatı və yaradıcılığı haqqında müxtəsər oçerk” (Yəhya Seyidov), “Xarı bülbülün nağılı” (Yaşar Qarayev), “İlyas Əfəndiyevin tarixi dramları” (Səidə Şahbazova) kimi nəşrlər yer alır.

Sərgilənən kitablardan dramaturqun oğlu və ədəbi varisi Elçinin tərtib etdiyi “İlyas Əfəndiyev. Geriyə baxmağa dəyər…” və “İlyas Əfəndiyev. Ömür davam edir” adlı xatirə kitabları diqqəti daha çox cəlb edib.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026