BDU-da Malinin Faya və Azərbaycanın Acınohur arid meşələri müqayisəli tədqiq olunub

28/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının əcnəbi doktorantı Adama Togolanın “Mali Respublikası Faya meşələrinin və Azərbaycanın Acınohur arid meşələrinin müasir vəziyyətlərinin monitorinqi” mövzusunda məruzəsi dinlənilib.

İlk dəfə olaraq müxtəlif qitələrdə yerləşən iki ölkənin: Azərbaycanın arid meşələri ilə Afrikanın Mali Respublikasında yerləşən Faya meşələrinin müqayisəli tədqiqi aparılıb. Acınohur arid meşələri və Faya meşələrinin təbii-ekoloji şəraiti (coğrafi mövqeyi, relyefi, geoloji quruluşu, iqlimi, hidrologiyası, flora və faunası, torpaq örtüyü və landşaftları) öyrənilib. Faya meşələrində 30 il ərzində (1990-2020) təbii və antropogen təsir nəticəsində baş verən dəyişikliklərin səviyyəsi müəyyən edilib. Tərtib edilmiş xəritələrə əsasən, qalereya meşələri 58,96%, seyrək meşəliklər 18,52%, savannalar 37,21%, ağaclı savannalar 40,85% azalıb, kollu savannalar 76,21%, otlu savannalar isə 68,75% artıb.

Landsat5 (13.09.1990) və Landsat8 (30.08.2020) əsasında tərtib edilmiş xəritələrə əsasən,  Acınohur arid seyrək meşələrin sahəsinin 30 il ərzində (1990-2020) 2,8 dəfə, düzən meşələrin sahəsinin təxminən 19 dəfə artdığı, əkin sahələrinin isə 21.55% azaldığı müəyyən edilib. Arid meşələri əsasən Türyançay və İlisu Dövlət Təbiət qoruqlarında yerləşir. Bu qoruqların ərazisinin 2003-cü ildə genişləndirilməsi Acınohur arid  meşələrin bərpasına və genişlənməsinə səbəb olub. Qorunmayan ərazilərin isə güclü antropogen təsirə məruz qaldığı müəyyən edilib. Coğrafi informasiya sistemi (CİS) əsasında tərtib edilmiş  “Acınohur arid meşələrinin torpaq istifadəçiliyi xəritəsi” və “Acınohur arid meşələrinin antropogen transformasiyası xəritəsi” əsasında tədqiqat sahəsinə antropogen təsirin dərəcəsi müəyyənləşib. Arid seyrək meşə və kol landşaftlarının 7,2%-nin dəyişməmiş, 24,42%-nin az dəyişdirilmiş, 36,52%-nin orta dərəcədə dəyişdirilmiş və 31,86%-nin intensiv modifikasiya olunmuş antropogen landşaftlar olduğu müəyyən edilib. Hər iki ölkənin meşələrində müşahidə olunan əsas antropogen təsirlər əkinçilik və heyvandarlığın inkişafı, oduncaq tədarükü, ağacların tikinti materialı kimi istifadəsi, istirahət komplekslərinin tikintisi və s.-dir.

Sonda seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib
26/12/2024

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib
25/12/2024

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb
25/12/2024