BDU-da “Müasir coğrafiya elminin tətbiqi istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib - VİDEO

24/04/2014

Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, coğrafiya elmləri doktoru, professor Rizvan Piriyevin 90 illik yubileyinə həsr olunmuş “Müasir coğrafiya elminin tətbiqi istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransdan əvvəl Coğrafiya fakültəsində görkəmli alimin barelyefinin açılış mərasimi olub.

Konfransda respublikanın tanınmış ziyalıları, o cümlədən universitetin professor-müəllim heyəti, tələbəblər də iştirak ediblər. Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov professor Rizvan Piriyevin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan xalqı və dövləti qarşısındakı mühüm xidmətlərini diqqətə çatdırıb.

Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov “Rizvan Piriyevin həyatı və elmi-pedoqoji fəaliyyəti haqqında”, Ekoloji coğrafiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı “Zəmanəsini tərənnüm edən alim-ziyalı”, AMEA-nın Coğrafiya institunun direktor müavini Elbrus Əlizadə professor “Qayğıkeş müəllim, böyük alim” , AMEA-nın Dilçilik institutunun direktoru, professor Tofiq Hacıyev, Geodeziya və kartoqrafiya kafedrasının müdiri Məqsəd Qocamanov, Coğrafiya fakültəsinin dekan müavini Ramiz Əhlimanov, Slavyan Universitetinin pedaqoqika kafedrasının dekanı, professor Eldar Piriyev mövzuları üzrə məruzə ediblər.
Çıxışlar və xatirələrdən sonra tədbir işini bölmələrdə davam etdirib. 4 bölmədən ümumən 112 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 24 aprel 2014-cü il.

Xəbərlər

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir
17/01/2025

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib
17/01/2025

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub
17/01/2025