BDU-da "Mədəniyyət paytaxtı-Şuşa" adlı tədbir keçirilib

20/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsnin təşkilatçılığı ilə Sosial Elmlər və Psixologiya fakültəsində "Mədəniyyət paytaxtı-Şuşa" adlı tədbir keçirilib. Tədbirdə THİK-nin fakültə sədri Rza Bağırov çıxış edərək gözəl diyarın, dilbər guşəmizin müxtəlif təbii zənginliklərlə dolu olduğunu vurğulayıb, işğaldan azad edilmiş Şuşanın bundan sonra dünyanın ən füsünkar məkanlarından birinə çevriləcəyini qeyd edib. Rza Bağırov çıxışında qeyd edib ki, 30 illik yurd həsrətindən sonra, müzəffər Ali Baş Komandanımızın, Vətən müharibəsində 3000 minə yaxın verdiyimiz şəhidlərimizin rəşadəti sayəsində Şuşaya-ana yurdumuza qayıtdıq və qürurluyuq.

Daha sonra çıxış edənlər fakültənin II kurs tələbəsi Leyla Rəcəbzadə və I kurs tələbəsi Tənzilə Abbaslı Şuşa şəhərinin Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatında rolu, həmçinin Şuşanı muğam beşiyi, milli musiqi və poeziya mədəniyyətinin qədim abidəsi olduğunu vurğulayıblar.

Tədbirdə Azərbaycan xalqını dahi bəstəkarı, Şərqdə ilk operamizin banisi Üzeyir Hacıbəyov, Vokal sənətinin müəllimi Bülbül, İstedadlı şəxsiyyət, xeyirxah əməlləri ilə tanınan Xurşidbanu Natəvan, qoşmaları ilə dövrün seçilmiş ustadlarından olan Molla Pənah Vaqif haqqında tələbələrin çıxışları dinlənilib.

Tədbirdə həmçinin tələbələrin ifasında "Şuşanın dağları" mahnısı ifa olunub, "O olmasın, bu olsun" filmindən səhnəciklər nümayiş etdirilib. Tədbir "Şən Azərbaycan" musiqisi ilə yekunlaşıb.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025