BDU-da "Media hüququ və insan hüquqları” mövzusunda təlim

13/05/2025

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə üzvlərinin, Mülki proses və kommersiya hüququ, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedralarının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində "Media hüququ və insan hüquqları” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimçi qismində İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, Bakı 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquq üzrə fəlsəfə doktoru Şahin Məmmədrzalı çıxış edib. Hüquq, Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Biologiya, Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Sosial elmlər və psixologiya fakültələrinin tələbələrinin qatıldığı tədbirdə təlimçi informasiya elmləri, informasiya dövriyyəsi, media terminləri, media hüququ, media subyektlərinin əhatə dairəsi və insan hüquqları haqqında ətraflı məlumat verib. O, informasiya əldə etmək, məlumat almaq hüququnun insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb, bununla bağlı ölkə qanunvericiliyində olan maddələri şərh edib. Bununla yanaşı, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlərin mütəmadi olaraq mətbuatda işıqlandırılmasında media nümayəndələrinin böyük rolunun olduğunu diqqətə çatdırıb.

Sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

 

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026