BDU-da “Müharibənin əsas cəbhəsi - diplomatiya” mövzusunda dəyirmi masa

09/03/2022

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin və Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Müharibənin əsas cəbhəsi - diplomatiya” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan münaqişələrin həllində diplomatiya sahəsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında və informasiya savaşında da uğurlarımızı şərtləndirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz beynəlxalq hüquq prinsiplərini rəhbər tutub, öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Müharibənin gedişində bir sıra aparıcı beynəlxalq KİV-lərə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırdı, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək, informasiya müharibəsində də tarixi ədalətin Zəfər çaldığını göstərdi.

Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Heybət Heybətov dəyirmi masanın mövzusu ilə bağlı çıxış edib, aparılan fikir mübadiləsini yüksək qiymətləndirib.

Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə BDU-nun digər fakültələri ilə birgə elmi seminar və dəyirmi masaların keçirilməsinin əhəmiyyətini qeyd edib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov məruzəsində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı diplomatik uğurları haqqında danışıb. O qeyd edib ki, qələbəni səciyyələndirən hərbi əməliyyatlarla yanaşı, xarici diplomatik həmlələrdir. Prezident İlham Əliyev xarici siyasətdə peşəkar gedişləri ilə Azərbaycanı qalib ölkəyə çevirib.

Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Nigar Allahverdiyeva tarix boyu diplomatik yolla həll olunmuş müharibələr, məşhur diplomatlar haqqında təqdimatla çıxış edib.

Şərqşünaslıq  fakültəsinin Regionşünaslıq (Ərəb ölkələri üzrə) ixtisasının IV kurs tələbəsi Nərmin Nuriyeva çıxışında Şərq ölkələrinin Azərbaycana diplomatik dəstəyi barədə məlumat verib.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024