BDU-da Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş qiraət müsabiqəsi

30/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə  həsr olunmuş qiraət müsabiqəsi keçirilib.

Filologiya fakültəsi üzrə TGT sədri Hümbət Bədəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü ildə Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının ölkə rəhbərinin mütəfəkkir şairin yaradıcılığına verdiyi yüksək qiymət olduğunu bildirib. O qeyd edib ki, Füzulinin yubileyinin UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illik yubileyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olub. Dahi şairin lirikasını öyrənmək tələbə-gənclərin mənəvi inkişafı baxımından əvəzsiz töhfədir.

Daha sonra iştirakçılara müsabiqənin şərtləri ilə bağlı məlumat verilib.

Ümumilikdə 14 nəfərin iştirak etdiyi qiraət müsabiqəsində Kəmaləddin Hüseynov I, Validə Bayramlı II, Fidan Sadıqova III yerə layiq görülüb.

BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu tələbələrin çıxışları ilə bağlı təəssüratlarını bölüşüb, gənclərə öz tövsiyələrini veriblər.

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026