BDU-da məşhur yazıçı Əhməd Həmdi Tanpınarın anım günü qeyd olunub

15/12/2016

Bakı Dövlət Universiteti, Yunus Əmrə İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Türkiyənin məşhur yazıçısı Əhməd Həmdi Tanpınarın anım gününə həsr olunmuş tədbir keçirilib.Tədbir “Dünyam – Əhməd HamdiTampınarın həyatından səhnələr” adlı sərginin açılışı ilə başlayıb. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov türk yazıçısı, şairi Əhməd Həmdi Tanpınarın ədəbiyyatdakı rolundan, 63 illik həyatını bu sahəyə həsr etməsindən bəhs edib. Rektor Azərbaycan oxucusunun onu yaxından tanıması məqsədilə Yunus Əmrə İnstitutu tərəfindən keçirilmiş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsinin önəmindən bəhs edib, qalibləri təbrik edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Əhməd Həmdi Tanpınarın yaradıcılığından danışıb, əsərlərinin bir çox dillərə tərcümə edildiyini qeyd edib. Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Məkbulə Koçak, millət vəkili Jalə Əliyeva və Azərbaycan Yazıçılar Birliyinin üzvü Çingiz Abdullayevin çıxışlarından sonra Əhməd Həmdi Tanpınarın şeirləri səsləndirilib. Sonda Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım “Tanpınarı kəşf edirəm” adlı müsabiqəyə təqdim olunmuş esselərin Türkiyənin və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndirildiyini bildirib.

Nəticələr elan edildikdən sonra qaliblərə sertifikatlar təqdim edilib.

Mətbuat və İnformasiya şöbəsi, 15 dekabr 2016-cı il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026