BDU-da “Milli mətbuat tarixi” auditoriyası açılıb

15/05/2025

Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Milli mətbuat tarixi" auditoriyasının açılışı olub.

Açılış mərasimində çıxış edən rektor Elçin Babayev son illərdə BDU-nun Jurnalistika fakültəsində medianın müasir çağırışlarına uyğun islahatların aparıldığını deyib. O bildirib ki, fakültədə yeni ixtisas və ixtisaslaşmalar açılıb, müxtəlif ixtisaslaşmış otaqlar istifadəyə verilib. Yeni açılan "Milli mətbuat tarixi" auditoriyası Azərbaycan mətbuatının keçdiyi şərəfli tarixi əks etdirməklə bərabər, medianın qarşısında duran vəzifələrin müzakirə olunacağı əsas platformaya çevriləcək.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid "Milli mətbuat tarixi" auditoriyasının açılmasını milli mətbuatın 150 illik yubileyinə böyük töhfə adlandırıb və onun səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Auditoriyada “Bakı Universiteti” qəzetinin milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsinin təqdimatı keçirilib. Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, türkiyəli professorlar Aysel Aziz, Nilufer Timisi mühazirə deyiblər.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb
11/06/2026

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
11/06/2026

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
11/06/2026