BDU-da Milli Qəhrəman Polad Həşimova həsr olunmuş tədbir keçirilib

07/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunmuş onlayn tədbir keçirilib. Əvvəlcə general Polad Həşimovun və eləcə də torpaqlarımız uğrunda şəhid olan bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca qəhrəman generalımıza həsr olunmuş videoçarx nümayiş etdirilib.

Giriş sözü ilə çıxış edən Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən Ələmdar Cabbarlı Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız parlaq qələbədən danışıb, qələbəmizdə general Polad Həşimovun döyüş yolunun, fədakarlığının və onun əfsanəvi qəhrəmanlığının müstəsna rolu olduğunu vurğulayıb. Sonra Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, general Polad Həşimovun döyüş yoldaşı, ehtiyatda olan mayor Bəxtiyar Abdullayev, Birinci Qarabağ müharibəsinin veteranı, BDU-nun kafedra müdiri Knyaz Aslan çıxış ediblər. Çıxışlarda şəhid generalın parlaq şəxsiyyətindən, şərəfli döyüş yolundan bəhs olunub, onun ömür yolunun xüsusilə gənc nəslə örnək olduğu vurgulanıb.

Tədbirdə iştirak edən Milli Qəhrəmanın xanımı Ofelya Salmanova Polad Həşimovla bağlı xatirələrini bölüşüb, onun əfsanəvi sərkərdə olmaqla yanaşı, qayğıkeş ata, nümunəvi ailə başçısı olduğunu da xatırladıb. Bakı Dövlət Universitetinin məzunu olduğunu bildirən Ofelya Salmanova məhz onun üçün doğma olan bir elm, təhsil ocağında keçirilən tədbirdə iştirakdan məmnunluğunu ifadə edib.

Milli Qəhrəman, general-mayor Polad Həşimova həsr olunmuş tədbir tələbələr tərəfindən hazırlanmış bədii hissə ilə başa çatıb.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025